
AVRO-2016-nın seçmə qrup mərhələsində Xorvatiya ilə səfər matçı Azərbaycan milli komandasının futbolçusu Ağabala Ramazanov üçün əlamətdar olub. Sportnet.az-ın məlumatına görə, "Xəzər Lənkəran"ın hücumçusu əsas millimizdə ilk rəsmi oyununa çıxıb.
O, 30-cu dəqiqədə "Qarabağ"ın dayaq yarımmüdafiəçisi Qara Qarayevin əvəzinə meydana girib. Lakin o, cəmi 11 dəqiqə meydanda qalıb. Oyuna girdikdən 7 dəqiqə sonra İvan Perişiçə qarşı kobudluq edən Ramazanova sarı vərəqə göstərilib. Az sonra o, zədələnib və 41-ci dəqiqədə yerini Cavid Hüseynova verib.
Qeyd edək ki, hazırda hesab 2:0 Xorvatiyanın xeyrinədir.