“Real Madrid”in futbolçusu Vinisius Cunior komandanı tərk edə bilər.
Sportnet.az “TEAMtalk” nəşrinə istinadən xəbər verir ki, braziliyalı hücumçunun xidmətində “Mançester Siti” ciddi maraqlıdır.
Mənbənin məlumatına görə, Madrid klubu oyunçuya yeni müqavilə ilə bağlı ultimatum verib. Bildirilir ki, Vinisius yayda sözləşməni yeniləməsə, transferə çıxarılacaq.
Qeyd edək ki, Vinisius Cunior 2018-ci ildən "Real Madrid"in şərəfini qoruyur.



















































































