16 yaşadək futbolçular arasında keçirilən Azərbaycan çempionatının "İnter” – "Simurq” matçında kütləvi dava düşüb. Sportnet.az-ın məlumatına görə, toqquşma matçın 51-ci dəqiqəsində baş verib.
Davada "İnter”in futbolçularından Elvin Pənahov və Kamran Əliyev, "Simurq”dan isə Elşən Mustafayev, Həmid Mustafayev və Ceyhun Rəcəbli daha fəal olublar. Baş hakim onların hamısına birbaşa qırmızı vərəqə göstərərək, meydandan qovub. AFFA İntizam Komitəsi isə hər bir futbolçunu 5 oyunluq cəzalandırıb.
Münaqişə oyun epizodunda futbolçulardan birinin digərinə qarşı sərt oynaması üzündən baş verib. Nəticədə olaya digər futbolçular da müdaxilə ediblər. Həmin vaxt hesab 1:1 olub. Davadan sonra 1 oyunçu azlıqda qalan "Simurq" 2:11 hesabı ilə uduzub.
"Simurq"dan Sportnet.az-a verilən məlumata görə, bu axşam keçiriləcək klubdaxili iclasda baş verənlərlə bağlı tədbirlər görüləcək.
1 | Qarabağ | 20 | 50 |
2 | Araz-Naxçıvan | 20 | 42 |
3 | Zirə | 20 | 36 |
4 | Turan Tovuz | 20 | 35 |
5 | Sabah | 20 | 28 |
6 | Sumqayıt | 20 | 21 |
7 | Neftçi | 20 | 18 |
8 | Şamaxı | 20 | 17 |
9 | Səbail | 20 | 15 |
10 | Kəpəz | 20 | 14 |
Ətraflı |