"Mənim üzərimdə nə kimi təzyiqi ola bilər? Düzünü desəm, belə suallara nifrət edirəm".
Sportnet.az-ın məlumatına görə, bunu "Sabah" komandasının baş məşqçisi Valdas Dambrauskas "Zirə"yə qarşı keçirəcəkləri Bizon Azərbaycan Kubokunun final matçından əvvəl mətbuat konfransında deyib.
Litvalı mütəxəssis bildirib ki, iki klub öz tarixinə bir kubok yazdırmaq üçün mübarizə aparacaq:
"Biz öz oyunumuza fokuslanmışıq. Bundan vacib heç nə ola bilməz. Hansı komandanın Konfrans Liqasına gedəcəyi isə bizi heç maraqlandırmır. Qalib gəlsək, azarkeşlərimiz sevinəcək, uduzsaq məyus olacaqlar. Rəqib komanda üçün də bu eynidir. Mənə görə başqa komandalar haqqında danışmağın mənası yoxdur. Çalışacağıq ki, yaxşı oynayaq və qalib gələk. Kimin taleyinin necə olacağının heç bir fərqi yoxdur".
Qeyd edək ki, mayın 13-də "Palms Sports Arena"da keçiriləcək oyun saat 20:00-da başlanacaq.



















































































