Ukrayna çempionatının ötən turunda "Çernomorets"i 2:1 hesabı ilə yendikləri matçda ilk qolun müəllifi olan Kaliniç bildirib ki, komandası həqiqətən də irəliləyişdədir: "Zədəli oyunçumuz demək olar ki, yoxdur. Şübhəsiz, "Çernomorets" üzərində qələbə bizə əlavə impuls verib və "Qarabağ"la görüşdə oyunumuz, ilk növbədə, psixoloji baxımdan bir qədər asan olacaq. Digər tərəfdən, Azərbaycan klubu ilə sınaqda təkcə evdə yox, səfərdə də uğurla çıxış etmək lazımdır. Fikrimcə, "Sent-Etyen"lə görüş "Qarabağ"a qarşı evdə oynamağın necə çətin olmasının parlaq təsviridir".
Kaliniç bu mövsüm avrokuboklarda yalnız 1 matçda qol vura bilmələrinin səbəbini də açıqlayıb: "Biz güclü rəqiblərə qarşı oynamışıq. "Kopenhagen", "Hayduk", "İnter" və "Sent Etyen" yaxşı səviyyəli komandalardır və onlara qol vurmaq asan deyil. "Qarabağ"la görüşdə həm də "vurulan toplar" qrafasında göstəricilərimizi yaxşılaşdırmağa çalışmalıyıq. Sonucda qolsuz qələbə yoxdur. Ona görə də mütləq qalib gəlməliyik".