"Qarabağ"ın bu gün Ukrayna paytaxtı Kiyevdə "Dnepr"lə keçirəcəyi Avropa Liqasının III tur matçı öncəsi "football.ua" nəşri yazı hazırlayıb. Sportnet.az-ın məlumatına görə, Ağdam komandasından bəhs edən "Qarabağ" atları" başlıqlı yazıda əvvəlcə Azərbaycan təmsilçisinin tarixinə nəzər salınıb.
Bu zaman Ağdamın Ermənistan qoşunları tərəfindən nəzarətdə saxlanılması və tanınmamış "Dağlıq Qarabağ Respublikası"ndakı müharibə səbəbindən "Qarabağ"ın ev oyunlarını Azərbaycanın müxtəlif regionlarında keçirmək məcburiyyətində qaldığı vurğulanıb. Hazırda komandanın rəqiblərini səhvən Tofiq Bayramov adına Respublika stadionunda keçirdiyi göstərilib. Əslində isə bu arena mərhum FİFA referisi Tofiq Bəhramovun adını daşıyır. Tofiq Bayramov isə tanınmış aktyorumuzdur.
Yazıda "Qarabağ"ın ulduzu kimi Reynaldo dos Santos Silvanın adı çəkilib və braziliyalı hücumçu barədə geniş məlumat verilib. Digər oyunçular barədə də qısa bilgilərin yer aldığı məqalədə Azərbaycan və Ukrayna klublarının indiyədək keçirdikləri görüşlərdən bəhs edilib, vaxtilə "Qarabağ"da çıxış etmiş Sergey Kravçenkonun hazırda "Dnepr"in heyətində yer aldığı xatırladılıb.
Sonda müəllif belə qənaətə gəlib ki, "Qarabağ" "Dnepr" üçün tam keçiləsi rəqibdir. Amma Dnepropetrovsk komandası Ağdam klubuna münasibətdə heç bir arxayınlığa yol verməməlidir. Çünki Azərbaycan təmsilçisi özündən güclü rəqiblərlə futbol oynama bacarığını sübuta yetirib: "Maksimum praqmatiklik, minumum qiymətləndirməmə olsa, komandamız üçün hər şey yaxşı alınmalıdır".
Qeyd edək ki, "Dnepr" - "Qarabağ" matçı oktyabrın 23-də yerli vaxtla saat 22:05-də (Bakı vaxtı ilə 24 oktyabr saat 00:05-də) start götürəcək.
1 | Qarabağ | 20 | 50 |
2 | Araz-Naxçıvan | 20 | 42 |
3 | Zirə | 20 | 36 |
4 | Turan Tovuz | 20 | 35 |
5 | Sabah | 20 | 28 |
6 | Sumqayıt | 20 | 21 |
7 | Neftçi | 20 | 18 |
8 | Şamaxı | 20 | 17 |
9 | Səbail | 20 | 15 |
10 | Kəpəz | 20 | 14 |
Ətraflı |