O bildirib ki, belə oynamaq olmaz: "Avroliqada mübarizə aparmaq istəyiriksə, qalib gəlməli idik. Amma əksər oyunçuların belə münasibətilə... Qanunauyğun məğlubiyyətdir. "Qarabağ" qalib gəlməyi daha çox istəyirdi".
Markeviç oyun ərzində komandasından daim topu irəli vurması barədə tələbinə də aydınlıq gətirib: "Qol vurmaq üçün topu irəliyə tez çatdırmaq lazımdır. Amma bu gün bizdə müdafiəçilər topla yarımmüdafiəçilər və hücumçulardan daha çox oynadılar. Evdə belə oynamaq olmaz. Biz Seleznyovu qəsdən buraxdıq ki, topla oynasın".
Komandasının özünə bənzəmədiyini deyən baş məşqçi aparıcı oyunçuları ilə ciddi söhbət edəcəklərini açıqlayıb: "Axı onların oyunu çox təəccübləndirdi. Belə oynamaq və durduğun yerdə topu itirmək olmaz. Araşdıracağıq. Çıxışımız elə təsir bağışladı ki, komandamız sadəcə, bacardığı kimi oynamadı".
Qeyd edək ki, "Dnepr"lə səfər matçı "Qarabağ"ın 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.