1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Rəşad Sadıqov: "Qırğın düşürdü, küsürdülər"
Azərbaycan milli komandasının kapitanı Rəşad Sadıqov 2014-cü ilin ən yaxşı futbolçusunun müəyyənləşdirilməsi məqsədilə FİFA-nın keçirdiyi sorğu üçün seçimini mətbuata açıqlamaqdan imtina edib. Bu barədə Sportnet.az-a təcrübəli müdafiəçinin özü məlumat verib.
Sadıqov bildirib ki, artıq bir neçə ildir seçimini heç kimə demir: "Əvvəllər deyirdim. Amma buna görə qırğın, mübahisələr düşürdü. Hətta küsürdülər. Ona görə də son 2-3 ildir seçimimi FİFA yekunları yaymamış heç kimə açıqlamıram. Qoy, nəticələr açıqlansın, kimə səs verdiyimiz də hamıya məlum olacaq".
Qeyd edək ki, FİFA dünyanın ən yaxşı futbolçusu adına namizədlərin siyahısını oktyabrın 27-də açıqlayıb. "Qızıl top"un sahibi ali futbol qurumuna üzv ölkələrin milli komandalarının baş məşqçi və kapitanları, eləcə də jurnalistləri arasında sorğu nəticəsində müəyyənləşir. Azərbaycanı jurnalist qismində "Futbol dünyası" qəzetinin əməkdaşı Rasim Mövsümov təmsil edib. Qalib futbolçunun adı 2015-ci il yanvarın 12-də açıqlanacaq.