"Barselona”nın
argentinalı futbolçusu Messi İspaniyanı tərk edə bilər. Sportnet.az-ın
məlumatına görə, buna səbəb futbolçunun vergi ilə bağlı problemləridir.
Daha
əvvəl Messi əlavə olaraq vergiyə 52 milyon avro ödəsə də, yenə də istintaq
nəzarətindədir və bu həbslə nəticələnə bilər.
Futbolçuya
yaxın mənbələrdən biri Britaniya mətbuatına açıqlamasında vergi məsələləri ilə
bağlı bir çox futbolçunun problem yaşadığını, lakin heç birinə Messi qədər problem
yaradılmadığını bildirib: "Bir çox tanınmış idmançılar oxşar vəziyyətə
düşüblər. Onların da vergi ilə bağlı problemləri olub, ancaq hamısı inzibati
yolla həll olunub. İker Kasilyas və Xavini misal göstərmək olar. Hətta Rafael
Nadal da. Ancaq Messi yeganə biridir ki, bu problemə görə məhəkəmədə iş açılıb
və hətta həbsə düşmək təhlükəsi var. O İspaniyaya çox qəzəblidi. Burdan getmək
istəyir”.
Qeyd edək ki, Messi və atası agent Xorxe Messi vergidən yayınmada təqsirləndirilirlər.