1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
UEFA "Qarabağ"ın futbolçusunu məyus etdi
UEFA Apellyasiya Komitəsi Serbiya və Albaniya futbol federasiyalarının iki ölkə yığmaları arasındakı AVRO-2016-nın seçmə qrup matçında baş verən olaylarla bağlı İntizam Komitəsinin qərarından şikayətinə baxıb. Sportnet.az-ın məlumatına görə, şikayətlər rədd edilərək, 23 oktyabrda verilmiş qərar qüvvədə saxlanılıb.
Başqa sözlə, Albaniyanın 0:3 hesablı texniki məğlubiyyəti, Serbiyanın hesabından 3 xalın çıxılması, eləcə də hər iki ölkəyə 100 min avro cərimə tam qüvvəyə minib. Beləliklə, heyətində "Qarabağ"ın futbolçusu Ansi Aqolinin də çıxış etdiyi Albaniya millisi I qrupunda 4 xalla 3-cü, Serbiya 1 xalla 4-cü pillədə qalıb.
Qeyd edək ki, Serbiya və Albaniya milliləri arasında oktyabrın 14-də keçirilmiş matçın 44-cü dəqiqəsində üzərində 1912-ci ildə Albaniyanın müstəqilliyini elan etmiş İsmail Kemalinin rəsminin yer aldığı və "Böyük Albaniya"nı təsvir edən bayrağın pilotsuz helikopterlə stadiona buraxılmasından sonra olaylar baş verib. Bəzi serbiyalı azarkeşlərin fişənglər yandırması və meydana girməsindən sonra ingiltərəli baş hakim Martin Atkinson qarşılaşmanı dayandırıb.