1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Avropada yeni futbol liqası təsis olundu
UEFA İcraiyyə Komitəsi Millətlər Liqası adlanan yeni turnirin keçirilmə sxeminə dair qərar qəbul edib. Sportnet.az-ın məlumatına görə, bu yarış yığmaların yoldaşlıq görüşlərini əvəzləmək üçün nəzərdə tutulub.
İlk turnir 2018-ci ildə - Rusiyada keçiriləcək dünya çempionatından sonra start götürəcək. UEFA-nın Millətlər Liqası ilə bağlı rəsmi açıqlamasında deyilir:
- Millətlər Liqasının əsas turniri 2018-ci ilin sentyabrından noyabrınadək 6 təqvim günü ərzində keçiriləcək;
- AVRO-2020-nin seçmə turniri 2019-cu ilin martından noyabrınadək davam edəcək;
- Mümkün "pley-off” matçları 2020-ci ilin martında keçiriləcək;
- Təqvim futbol həftəsi konsepsiyasına uyğun təsdiqlənəcək;
- Millətlər Liqası 4 diviziondan ibarət olacaq. Hər bir divizion 3-4 komandadan ibarət olmaqla, 4 qrupa bölünəcək;
- 54 komandanın divizionlara bölgüsü yığmaların reytinqindən irəli gələcək;
- A və B liqaları hər birində 3 komanda olmaqla 4 qrupdan, C liqasında 2 qrup hərəyə 3 komandadan, daha 2 qrup isə hərəyə 4 komandadan, D liqasında hərəyə 4 komanda olmaqla, 4 qrupdan ibarət olacaq;
- Hər bir divizionda 4 qrupun qalibi üst diviziona və ya "dördlər finalı”na yüksələcək, ən zəif 4 komanda isə aşağı liqaya enəcək;
- 2019-cu ilin iyununda keçiriləcək "dördlər finalı”nda A divizionundakı 4 qrupun qalibləri üz-üzə gələcək;
- "Dördlər finalı” yarımfinallardan və finaldan ibarət olacaq;
- "Dördlər finalı”nın iştirakçıları AVRO-2020-nin seçmə turnirinin püşkatması zamanı üstünlüyə malik olacaqlar.