
Böyük Britaniyanın Azərbaycandakı səfiri İrfan Siddiq "Qarabağ" və İtaliyanın "İnter komandaları arasında keçirilmiş Avropa Liqası matçında baş hakim Miroslav Zelinkanın qərarına təəssüflənib. Bu barədə səfir Sportnet.az-a açıqlama verib.
"Oyunu "Qarabağ"ın vitse-prezidenti Tahr Gözəllə birgə izləyirdim. Maraqlı oyun keçdi. Lakin matçın sonlarında qolun qeydə alınmaması bizi çox təəssüfləndirdi" deyə Siqqib bildirib.
O, təmiz qolu sayılmayan "Qarabağ"a əlindən gələn köməyi etməyə hazır olduğunu vurğulayıb: "Qarabağ" və klubun baş sponsoru bizim dostumuzdur. Lazım gələrsə, bir səfir kimi əlimdən gələni əsirgəmərəm".







































































