1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Foqtsla itki, Prosineçki ilə qorxu
Bəli, xəbər tutdum. Ki, artıq Robert Prosineçki Azərbaycan yığmasının baş məşqçisi təyin olunub...
Dərhal "xeyirli olsun" demək istəyir canım. Amma Azərbaycan futbolu üçün xeyirli olacağı görünmür. Çünki əcnəbi və uğursuzluğa düçar olan Berti Foqtsdan sonra yerli mütəxəssisə fürsət verilməli idi. Həmin şəxs klub çalışdırmaqla Azərbaycan futbol tarixinde indiyədək görülməmiş uğurlara imza atan Qurban Qurbanov və ya Böyükağa Haciyev ola bilərdi. Çünki onlar Azərbaycan futbolunun irəliləyişi üçün çox can yandıracaq, öz işlərinə daha həvəslə və məsuliyyətlə yanaşacaqdılar.
Amma belə bir yanaşmanı Foqts etmədi və onun da ən böyük çatışmazlıqlarından biri məhz bu idi. Amma AFFA belə bir qərar veribsə, Azərbaycan futbolu ilə maraqlananlar ilk növbədə hörmətlə yanaşmalı, sonra isə dəstək verməlidirlər.
Gələk Robert Prosineçkiyə... Çox böyük futbol adı var. 1990-cı illərdə Belqradın "Srvena Zvezda" komandası ilə Çempionlar Liqası, UEFA Kubokunun qalibi oldu, Avropa və dünyanın ən böyük klubu "Real Madrid"də futbol oynadı. Ancaq futbolu buraxdıqdan sonra eyni paraleldə zəngin məşqçilik karyerası ne yazıq ki, olmadı. Özünün oynadığı "Srvena Zvezda" ilə uğursuz mövsüm keçirdi, Xorvatiya yığmasında köməkçi-məşqçi kimi çalışdı.
Daha sonra Türkiyənin "Kayserispor" klubundakı çox da uğurlu olduğunu demək mümkün deyil. Bəlkə də Prosineçkinin bütün məşqçilik karyerası Azərbaycan Premyer Liqasında hər hansı komandanı çalışdırmağa kifayət edə bilərdi. Amma təəssüf ki, Azərbaycan yığmasına rəhbərlik etməyə yetməz. Foqtsla ötən 6 il Azərbaycan futbolu üçün itki olduğu kimi, Prosineçki ilə də eyni aqibətin yaşanacağından qorxuram. Buna görə də çox sevdiyim həyat fəlsəfəmlə sözlərimi bitirmək istəyirəm: "Səhv etməkdən qorxma, amma hər şeydən öncə eyni səhvi iki dəfə təkrarlamadığına əmin ol.
Sevgi və sayqılarımla...
Naci Şensoy
P.S. Elə düşünməyin ki, Robert Prosineçkiyə qarşı qərəzliyəm. Əksinə. İndiyədək heç bir yığmaya rəhbərlik etməməsi onun üstünlüyüdür.