
Afrika Millətlər Kubokuna yekun vurulub. Sportnet.az-ın məlumatına görə, finalda Kot dİvuar və Qana yığmaları qarşılaşıb.
Görüşün əsas və əlavə vaxtında hesab açılmayıb. Penaltilər seriyasında isə tərəflər hərəyə 11 penalti yerinə yetiriblər. Meydan oyunçularının zərbələrindən hərəyə 2-si qeyri-dəqiq olub. Növbə qapıçılara yetişəndə qanalının Razakın zərbəsini rəqib qapıçı qaytarıb. Kot divuarlı qapıçı Barrinin zərbəsi isə dəqiq olub - 9:8.
Qeyd edək ki, bürünc medal uğrunda görüşdə qalib adını Ekvatorial Qvineyanı penaltilər seriyasında 4:2 hesabı ilə yenən Konqo qazanıb.









































































