İtaliya "Milan”ının baş məşqçisi portundan istefaya göndərilməmişdən əvvəl Massimiliano Alleqrinin klubun müşaviri Zlatan İbrahimoviçlə münasibətləri son dərəcə kəskinləşib.
Sportnet.az “Corriere della Sera”ya istinadən xəbər verir ki, tərəflər arasında yaşanan gərginlik restoranda baş verən mübahisə zamanı az qala fiziki davaya çevrilib.
Hadisənin “Milan”ın baş direktoru Corco Furlani və klubun idman direktoru İqli Tarenin iştirakı ilə baş verdiyi vurğulanıb. Bildirilir ki, məhz Tare tərəfləri sakitləşdirərək onları ayırmağa məcbur olub.
Mənbənin məlumatına görə, Alleqri ilə İbrahimoviç arasında münasibətlər son aylarda taktiki sxemlərlə bağlı fikir ayrılığı səbəbindən daha da gərginləşib.
Qeyd edək ki, "Milan" Massimiliano Alleqri, Corco Furlani və İqli Tareni uğursuz mövsümlə əlaqədar istefaya göndərib. Komanda İtaliya A Seriyasının son turunda öz meydançasında "Kalyari"yə 1:2 hesabı ilə uduzaraq, 5-ci yeri tutub və Çempionlar Liqasına vəsiqə qazana bilməyib. Əvəzində bu hüquqa "İnter", "Napoli", "Roma" və "Komo" yiyələnib. "Qırmızı-qaralar" 2026/2027 mövsümündə Avropa Liqasında mübarizə aparacaq.





































































