Türkiyədə "Göztəpə" klubunun azarkeşi stadiona 23 butulka pivə keçirmək istəyib. Sportnet.az-ın "The Mirror"a istinadən məlumatına görə, fanatın hava şəraitinə uyğun geyinməməsi giriş qapılarında baxış zamanı polisin diqqətini çəkib.
Asayiş keşikçiləri tünd geniş plaşın altına baxdıqda, azarkeşin habelə jilet geyindiyi və üzərinə pivə butulkalarının keçirildiyi üzə çıxıb.
Bundan başqa polis alt paltarında da spirtli içki tapıb. Pivə həvəskarının oyuna keçib-keçmədiyi məlum deyil.