1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Arif Əsədovdan "Qarabağ" etirafı
"Bu oyunda bizə 3 xal çox vacib idi. İlk dəqiqələrdən oyuna yaxşı başlamışdıq. Amma sonradan təşəbbüsü "Qarabağa" verdik". Sportnet.az-ın məlumatına görə, bunu "Neftçi”nin baş məşqçisi Arif Əsədov "Qarabağ"a 0:1 hesabı ilə yenildikləri Premyer Liqanın XXIII tur matçından sonra deyib.
O, son dəqiqələrdə qol buraxmalarına təəssüfləndiyini bildirib: "İkinci hissədə dəyişiklik etdik. Çox təəssüf, son dəqiqələrdə qol buraxdıq. Etiraf etmək lazımdır ki, "Qarabağ"ın heyəti çox gözəl komplektləşib və özəl üslubları var. Biz isə bundan sonra da hər oyuna 3 xal üçün çıxıb, mübarizəni sona kimi davam etdirəcəyik".