
Futbol üzrə Azərbaycan milli komandasının Ukrayna "Şaxtyor"u ilə Türkiyənin Antalya şəhərində keçirdiyi yoldaşlıq görüşü 1 dəqiqəlik sükutla başlayacaq. Sportnet.az-ın Antalyada olan əməkdaşının verdiyi məlumata görə, "Mardan" idman kompleksində təşkil olunan qarşılaşmaya millimiz qara sarğıda çıxacaq.
Bu addım Xocalı faciəsi qurbanlarının xatirəsini yad etmək üçün atılıb.
Qeyd edək ki, Azərbaycan - "Şaxtyor" matçı Bakı vaxtı ilə saat 18:00-da başlanacaq.