1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Ruslan Qurbanov debüt etdi, "Hayduk" mərhələ adladı
Azərbaycanlı futbolçu Ruslan Qurbanov Xorvatiya "Hayduk"unun heyətində debüt edib. Sportnet.az-ın məlumatına görə, 24 yaşlı hücumçunun yeni komandasında ilk matçı "Vinoqradar"la ölkə kubokunun 1/4 final mərhələsinin cavab görüşünə təsadüf edib.
O, 46-cı dəqiqədə ukraynalı legioner Artyom Milevskinin əvəzinə meydana daxil olub. Həmin vaxt "Hayduk" 12-ci dəqiqədə Yojinoviç, 26-cı dəqiqədə isə Baliçin qolları ilə öndə olub - 2:0. Qurbanov ikinci hissə ərzində fəallığı ilə seçilin. Futbolçu 2 epizodda qola yaxın olsa da, istəyinə çata bilməyib. Əvəzində Baliç 62-ci dəqiqədə özünün 2-ci, komandasının 3-cü qolunu vuraraq, yekun nəticəni təmin edib. Beləliklə, ilk görüşdə də 3:0 hesablı qələbə qazanan "Hayduk" yarımfinala yüksəlib. Növbəti mərhələdə Split təmsilçisinin rəqibi "Dinamo" (Zaqreb) olacaq.
Qeyd edək ki, "Hayduk"un rəsmi saytı Ruslan Qurbanovu rus kimi qələmə verib. Halbuki əslən dağıstanlı olan Qurbanov Azərbaycan vətəndaşıdır.