Portuqaliya milli komandasının və İspaniyanın "Real Madrid" klubunun hücumçusu Kriştianu Ronaldu ardıcıl ikinci il dünyanın ən varlı futbolçusu sayılıb. Sportnet.az-ın "Goal"a istinadən məlumatına görə, 30 yaşlı futbolçunun 210 milyon avro pulu var.
Argentina yığması və "Barselona"nın forvardı Lionel Messi 200 milyon avro ilə ikinci yerdədir. "Üçlüy"ü isə Kataloniya komandasının daha bir qolçusu Neymar 135 milyon avro ilə qapayır.
İlk "onluq"dakı digər futbolçular:
4. Zlatan İbrahimoviç (İsveç, PSJ Fransa) - 105 milyon avro
5. Ueyn Runi (İngiltərə, "Mançester Yunayted") - 103
6. Kaka (Braziliya, "Orlando" ABŞ) – 96
7. Samüel Eto O ("Sampdoriya") – 87
8. Raul (İspaniya, "Nyu York Kosmos" ABŞ) – 85
9. Ronaldinyo ("Keretaro") – 83
10. Frenk Lempard (İngiltərə, "Mançester Siti") – 80