1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Azərbaycanlı futbolçuların Türkiyədə növbəti uğursuzluğu
Türkiyə I Liqasında XXIII turun oyunlarından 8-i keçirilib. Sportnet.az-ın məlumatına görə, hesabat turu azərbaycanlı futbolçular və onların klubları üçün heç də uğurlu olmayıb.
Mahir Şükürovun 90 dəqiqə meydanda olduğu görüşdə "Karşıyaka" səfərdə "Qaziantep BB"yə uduzub - 0:2. Cavid İmamverdiyev də "Elazığspor"un heyətində sonadək oynayıb. Lakin onun komandası səfərdə yığmanın sabiq hücumçusu Branimir Subaşiçin çıxış etdiyi "Manisaspor"a uduzub - 0:1. Bu matçda Subaşiç 65 dəqiqə meydanda olub. "Adanaspor" Cəmşid Məhərrəmovun 90 dəqiqə oynadığı derbidə "Adana Dəmirspor"a uduzub - 0:1. "Dənizlispor" "Alanyaspor"a Rail Məlikovsuz uduzub - 0:1. Məlikov sonadək ehtiyat oyunçular skamyasında oturub. Əvəzində Vaqif Cavadovun da meydana buraxılmadığı görüşdə "Boluspor" səfərdə "Altınordu"nu yenə bilib - 2:1. Tura bu gün lider "Kayserispor"un səfərdə "Bucaspor"la keçirəcəyi oyunla yekun vurulacaq. Qonaqların qapısını Kamran Ağayevin qoruyacağı gözlənilir.
Qeyd edək ki, hazırda "Karşıyaka" 33 xalla 8-ci, "Boluspor" 31 xalla 9-cu, "Adanaspor" 28 xalla 12-ci, "Elazığspor" 27 xalla 13-cü, "Manisaspor" 23 xalla 15-ci, "Dənizlispor" 18 xalla 17-cidir.