1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Azərbaycan yığması 3 medalla 3-cü oldu
Gürcüstanın paytaxtı Tiflisdə keçirilən cüdo üzrə Qran Priyə yekun vurulub. Sportnet.az-ın məlumatına görə, sonuncu yarış günündə Azərbaycan yığması daha bir qızıl medal qazanıb.
Bu uğura 100 kq çəki dərəcəsində yer alan Elmar Qasımov yiyələnib. Qasımov gürcüstanlı Aleksandre Zalişvili və Artyom Bloşenkonu yendikdən sonra yarımfinalda digər həmyerlimiz, dünya çempionu Elxan Məmmədovu ipponla məğlub edib. Finalda isə o, almaniyalı Dmitri Petersi üstələyərək, yarışın qalibi olub.
Məmmədov isə xorvatiyalı Zlatko Kumriç və latviyalı Yevgeni Borodavkonu məğlub etsə də, əvvəlcə Qasımova, bürünc medal qarşılaşmasında isə almaniyalı Karl-Rixard Freyə uduzub və 5-ci yerlə kifayətlənib.
Digər cüdoçularımıza gəldikdə, 90 kq çəki dərəcəsindəki Tural Safquliyev rusiyalı Qriqori Sulemin və qazaxıstanlı Aybol Aytbeki yendikdən sonra 1/4 finalda gürcüstanlı Beka Qviniaşviliyə, ilk təsəlli görüşündə monqolustanlı Otqonbatar Lxaqvasurenə uduzaraq, 7-ci yeri tutub. Ramin Qurbanov isə ilk görüşdəcə uduzaraq, mübarizəni dayandırıb. Eyni aqibətlə 100 kq-dan yuxarı çəkidə yer alan Uşangi Kokauri və qadınların yarışında 78 kq çəkidə Leyla İsgəndərli üzləşib.
Beləliklə, Qran Pridə çıxış edən 13 kişi, 7 qadın cüdoçudan ibarət yığmamız 2 qızıl, 1 bürünc medala sahib olub. Əvvəlki yarış günlərində Rüstəm Orucov (73 kq) qızıl, Tərlan Kərimov (66 kq) bürünc medala sahib olub. Bundan başqa Hüseyn Rəhimli (73 kq) və Nicat Şıxəlizadə (66 kq) 5-ci, Mehman Sadıqov (60 kq) 7-ci yeri tutub. Ümumi komanda hesabında Azərbaycan Gürcüstan və Monqolustandan sonra 3-cü yeri tutub.