
Martın 28-də Bakıda Azərbaycan milli komandası ilə AVRO-2016-nın seçmə qrup matçında üz-üzə gələcək Malta yığmasının 3 futbolçusu heyətdən kənarlaşdırılıb. Sportnet.az-ın məlumatına görə, baş məşqçi Pietro Gedin ilkin heyətdən qapıçı Qlenn Zammit ("Slima”) müdafiəçi Kleyton Failla ("Hibernians”) və hücumçu Jozef Mbonqun ("Hibernians”) xidmətlərinə ehtiyac duymayıb.
Maltalılar Bakıya səfərdən öncə martın 25-də Tiflisdə Gürcüstanla yoldaşlıq görüşü keçirəcəklər. Millimizin rəqibinin heyəti hazırda belədir:
Qapıçılar: Justin Haber ("Birkirkara”), Henri Bonello ("Hibernians”), Endryu Hoq (AEL "Kalloni”)
Müdafiəçilər: Andrey Aqius ("Hibernians”), Stiv Bezzina ("Balzan”), Stiv Borq ("Valletta”), Conatan Karuana ("Valletta”), Rayan Kamenzuli ("Birkirkara”), Rayan Kamilleri ("Valletta”), Yurgen Pisani ("Pieta”), Zak Muskat ("Birkirkara”)
Yarımmüdafiəçilər: Konor Borq ("Floriana”), Roderik Briffa ("Valletta”), Pol Feneç ("Birkirkara”), Rayan Feneç ("Valletta”), Byorn Kristensen ("Hibernians”), Roven Muskat ("Birkirkara”), Stiv Pisani ("Floriana”), Mark Skerri ("Slima”)
Hücumçular: Endryu Koen ("Hibernians”), Alfred Effionq ("Qormi”), Jan Pol Farruca ("Hibernians”), Andre Şembri ("Omoniya”, Kipr).
Qeyd edək ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək Azərbaycan - Malta matçı saat 21:00-da başlanacaq.