Bu gün "Neftçi” klubunun prezidenti Sadıq Sadıqov istefa verib. Sportnet.az-ın Qol.az-a istinadən məlumatına görə, istefanın səbəbləri haqda yaxın vaxtlarda klub rəhbərliyinin açıqlama verəcəyi gözlənilir.
Klubun vitse-prezidenti Elnur Məmmədov Sportnet.az-a açıqlamasında hazırda xaricdə olduğunu və danışa bilmədiyini deyib. Flaqmanın digər rəsmiləri ilə isə əlaqə saxlamaq mümkün olmayıb.
Qeyd edək ki, Sadıq Sadıqov 2009-cu ildən "Neftçi”nin prezidenti idi. Onun kluba rəhbərlik etdiyi dövrdə "Neftçi” üç dəfə Azərbaycan çempionu, iki dəfə ölkə kubokunun qalibi olub. Azərbaycan futbolu tarixində ilk dəfə Avropa Liqasının qrup mərhələsinə vəsiqəni də "Neftçi" S.Sadıqovun kluba rəhbərlik etdiyi dövrdə qazanıb.