1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Cəzası başa çatan idmançımız Avropa çempionatinda
Aprelin 10-da Gürcüstanın paytaxtı Tiflisdə start götürəcək ağır atletika üzrə Avropa çempionatı üçün Azərbaycan milli komandasının heyəti açıqlanıb. Sportnet.az-ın məlumatına görə, 8 gün davam edəcək çempionata 4 kişi və 2 qadın ağırlıqqaldıran yollanacaq.
Kişilərin yarışına Elmar Alıyev (56 kq), Valentin Xristov (62 kq), Əfqan Bayramov, İvan Stoitsov (hər ikisi 77 kq), qadınların mübarizəsinə isə Boyanka Kostova (53 kq) ilə Anastasiya İbrahimli (69 kq) qatılacaq. Onlar yeni baş məşqçi Miroslav Çoros, məqşçilər Nizami Paşayev, Xanlar Nəbiyev və Hafiz Süleymanovun rəhbərliyi altında çıxış edəcəklər. Xristov 2 illik dopinq cəzasını aprelin 9-da başa vuracağından, yarışda iştirakına heç bir əngəl qalmayacaq.
Qeyd edək ki, Avropa çempionatında 38 ölkədən 268 ağır atletin (112 qadın və 156 kişi) iştirakı gözlənilir.