Ağdam klubunun hazırkı idarəetmə sistemindən razılıq ifadə edən T.Gözəl "Neftçi"də yaradılmış Müşahidə Şurası barədə də fikirlərini bildirib: "Neftçi"nin Müşahidə Şurasındakılar öz işlərində tanınmış insanlardırlar. İnanıram ki, uğur qazanacaqlar. Bu, Azərbaycan futbolu üçün çox önəmli klubdur. Amma biz öz sistemimizdən razıyıq. İllərdir belə sistem davam edir, heç bir problemimiz olmayıb. Bizdə Müşahidə Şurasına ehtiyac yoxdur".
Qeyd edək ki, "Neftçi"nin Müşahidə Şurasına xalq yazıçısı Çingiz Abdullayev rəhbərlik edir.