1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Valentin Xristov: "Dopinq cəzamın ədalətsizliyini sübut etdim"
"Bu gün çətinlik çəkmədən çempion oldum". Bunu Sportnet.az-a açıqlamasında Gürcüstanın paytaxtı Tiflisdəki Avropa çempionatında 62 kq çəki dərəcəsində qızıl medal qazanmış Valentin Xristov deyib.
21 yaşlı atlet bildirib ki, çempionluq üçün təkanla qaldırmada 160 kq lazım olub. Nəticədə o, həmin ağırlığın öhdəsindən asanlıqla gəlib: "Mənə 170 kq ağırlıq qaldırmaq lazım gəlsəydi, bunun da öhdəsindən problemsiz gələrdim".
Xristov noyabrın sonlarında ABŞ-da keçiriləcək dünya çempionatında rekord barədə düşünəcəyini söyləyib.
Bu, gənc ağırlıqqaldıranımızın 3-cü Avropa çempionluğu olmalı idi. Amma 2013-cü ildə Albaniyanın paytaxtı Tiranada qazandığı qızıl medal onun əlindən alınıb. Səbəb kimi dopinq-testdən keçə bilməməsi göstərilib. Xristov isə həmin cəzanın ədalətsiz olduğunu bildirib: "Yenidən Avropa çempionu olmağım bunun sübutudur".
Qeyd edək ki, Valentin Xristov həm də dünya və olimpiya mükafatçısıdır.