1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Ağırlıqqaldıranımızdan 12 rekord və ikiqat Avropa çempionluğu
Gürcüstanın paytaxtı Tiflisdə keçirilən Avropa çempionatında Azərbaycanın daha bir ağırlıqqaldıranı Boyanka Kostova qızıl medal qazanıb. Sportnet.az-ın məlumatına görə, 58 kq çəki dərəcəsində yarışan atletimiz karyerasında ikinci dəfə Avropa çempionu olub.
Kostova birdən qaldırmada ilk yanaşmasında 100 kq-ı ram edərək ən yaxın rəqibini 7 kq qabaqlayıb və liderliyi ələ alıb. Daha sonra 105 kq-ı rahatlıqla qaldıran 21 yaşlı idmançı 23 yaşadək ağırlıqqaldıranların Avropa rekordunu yeniləyib. Ona qədər bu rekord (100 kq) Ukrayna təmsilçisi Yuliya Kalinaya məxsus idi. Birdən qaldırmada son yanaşmasında 109 kq üçün ştanqa yaxınlaşan atlet onu da ram edərək böyüklər arasında Avropa rekordunu yeniləyib. Bu rekord (108 kq) rusiyalı atlet Svetlana Tsarukayevaya məxsus idi.
Təkanla qaldırmada isə Kostova ilk yanaşmasında 125 kq-ı qaldıraraq, birdən-birə iki rekordu yeniləyib. Yaşı 23-dək olan qadınlar arasında da təkanla qaldırmada bunaqədərki rekord 123 kq idi. Eyni zamanda, bu nəticə ilə toplam çəki 234 kq oldu ki, bunaqədərki toplam nəticə rekordu 223 kq idi. Kalinaya məxsus hər iki rekordu yeniləyən Kostova bununla böyüklər arasında həm təkanla qaldırma, həm də yekun sıralamadakı qızıl medalı özünə təmin edib.
İkinci yanaşmada məşqçilər heyəti idmançımız üçün 132 kq sifariş verib. Bu cəhdini də uğurlu edən Kostova daha iki – artıq özünə məxsus rekordu yeniləyib. Üstəlik, toplamda 241 kq nəticə göstərən Kostova böyüklər arasında Tsarukayevaya məxsus 238 kq-lıq rekordu da yeniləyib.
Təkanla qaldırmada son yanaşmasında 137 kq üçün körpücüyə qalxan atletimiz bu hərəkətdə Avropa rekordunu yeniləməyə çalışıb. Azərbaycan yığmasının üzvü bu cəhdi də uğurla yerinə yetirərək daha iki rekordu – həm bu hərəkətdə, həm də toplamda aktivinə yazıb. Bu, həm də U-23-də daha iki rekord demək idi.
Beləliklə, 246 kq (109+137) nəticə göstərən Boyanka Kostova bütün rəqiblərini aşkar şəkildə üstələyərək Avropa çempionu olub. O, U-23-də 8, böyüklər arasında isə 4 rekordu – birdən qaldırma, təkanla qaldırma və iki dəfə toplamda – yeniləyərk tarixi nəticəyə imza atıb. Daja öncə Kostova 2012-ci il Avropa çempionatında da qızıl medala sahib olmuşdu.
Qeyd edək ki, Boyanka Kostova "Neftçi" İdman Klubu İctimai Birliyinin üzvüdür. Daha öncə Valentin Xristov Azərbaycan yığmasının Avropa çempionatında ilk qızıl medalını qazanıb.