1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
"Məndən pis futbolçu olmazdı"
"Bakı 2015" I Avropa Oyunlarında Azərbaycanı təmsil etməyə namizəd olan idman gimnastı Daniel Lukas federasiyanın rəsmi saytına müsahibə verib. Sportnet.az həmin müsahibəni təqdim edir...
- Gimnastikaya gəlişin haqda danış. Necə oldu ki, məhz bu idman növünü seçdin?
- Bu idman növü ilə mənim böyük bacım məşğul olurdu və bu, mənə gülməli görünürdü. Düşünürdüm ki, bu, asandır. Bacımın yanında olub, onun bacarıqlarını izləmək istəyirdim.
- Necə düşünürsən, başqa idman sahəsində uğurlu ola bilərdinmi?
- Düşünürəm ki, məndən pis futbolçu olmazdı. Düzdür, boyum hündür deyil, lakin bu işdə yaxşı ola bilərdim.
- Yarış günü emosiyalarınla necə bacarırsan? Təmkinli olmağının sirri nədədir?
- Mən emosiyalarımla, ailəmi düşünərək bacarıram, hər zaman onlar üçün mümkün olan hər şeyi etməyə çalışıram.
- Fikrincə, hər hansı idman növündə vacib olan nədir?
- Bütün idman növlərində ən vacib aspekt ən yaxşıya doğru can atmaq və məqsədə çatmamış təslim olmamaqdır.
- Professional idmanla məşğul olmaq nə dərəcədə təhlükəlidir? Yoxsa bu idman növündən asılıdır?
- Hər bir idman növünün özünə məxsus təhlükəsi var, amma əslində bu idman növündən asılıdır.
- İdmanda kumirin varmı?
- Bəli! Mənim kumirim, mənim ilk məşqçim Lyubomir Qveraskovdur. Onunla qarşılaşdığım ilk gündən o mənim kumirimdir və bu həmişə belə olacaq.
- Yaxın gələcək üçün idman planlarından danış bir az.
- Mənim yaxın gələcək üçün idman planlarım, çox sayda yarışlarda uğurla çıxış edərək, özümə ad qazanmaqdan ibarətdir.
- Avropa Oyunları sənin üçün nə kəsb edir və sən ona necə hazırlaşırsan?
- Mənim üçün Avropa Oyunları özümü göstərmək üçün yaxşı şansdır. Halqalarda medal qazanmağa ümid edirəm. Məqsədimə çatmaq üçün, gərgin şəkildə məşq edirəm.
- İdmandan bir az uzaqlaşsaq, reallaşdırmaq istədiyin başqa arzuların, məqsədlərin varmı?
- Gimnastika karyerasını bitirdikdən sonra, həmişə aktyor olmağı arzulamışam. Lakin, əsl arzum veterinar olmaqdır, çünki heyvanları çox sevirəm. Aktyor və ya veterinar olsam bu möhtəşəm olacaq.
- İdmanla gündəlik həyatını birləşdirə bilirsənmi?
- İdman – mənim həyat tərzimdir. Hər dəfə kefsiz olanda, film və verilişlər izləyirəm, bu mənə yaxşı təsir edir.
- Öz ailən haqda danış bir az.
- Mənim ailəm ən yaxşıdır. Mənim iki bacım, böyük qardaşım və valideynlərim var. Onlar məni hər zaman dəstəkləyirlər, bundan yaxşı ailə arzulaya bilməzdim.
- Sevdiyin şəxs varmı?
- Xeyr.
- Adətən azarkeşlərin tribunlardan səni necə dəstəkləyirlər? Və sən onlardan nə eşitmək istərdin?
- Azarkeşlərim az olsa da, onlar adətən "İrəli Denni!” və ya "Sən bacararsan Daniel” - deyə qışqırırlar. Əgər mən dəstək səslərini eşidirəmsə, bu artıq mənə yaxşı təsir edir və onların nə deyə qışqırdıqları önəmli olmur. Mən təkcə öz azarkeşlərimə deyil, digər idman növləri ilə məşğul olanlara, ümumiyyətlə idmandan uzaq olan insanlara demək istərdim ki, irəliyə doğru səylə çalışın və addımlayın. İrəlidə sizi gözləyən yol asan olmaya bilər, lakin güclü olun. Siz məqsədinizə çatmaq üçün başladınız və çalışın ki, bu alınsın.