1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
"Simurq"dan etiraz bəyanatı
"Simurq" klubu futbolçularının Topaz Premyer Liqasının XXXII turunda "İnter"lə oyunun start fitindən sonra bir dəqiqəlik meydançada oturaraq son hadisələrə etirazını bildirmələri ilə bağlı bəyanat yayıb. Sportnet.az-ın məlumatına görə, bəyanatda bildirilir ki, oyundan bir gün öncə klub rəhbərliyi iclas keçirərək, son hadisələr haqqında futbolçuları məlumatlandırıb və hazırda son üç ay üçün olan əmək haqlarını verməyə komandanın maliyyə durumunun yetərli olmadığı deyilib.
Qeyd edilib ki, maliyyələşmə olsa, müqavilənin son gününə qədər olan bütün borclar ödəniləcək. Əgər bu vəziyyətdə kim sona qədər oynamaq istəmirsə, çıxıb evinə gedə bilər. Buna görə klub tərəfindən heç bir etiraz olmayacaq. Kimlərsə qalacaqsa, onlarla mövsümün axırına qədər davam edəcəyik. Hər bir kəsə son üç ayda olan problemlərə baxmayaraq işini peşəkarlıqla yanaşdıqlarına görə təşəkkür edilib.
"Simurq" hesab edir ki, bugünki qarşılaşmada baş verən hadisə futbolçuların Zaqatalada futbolun yaşaması üçün göstərdikləri etiraz olub: "Bununla klub olaraq Azərbaycan futboluna cavabdeh olan şəxslərə bildirmək istədik ki, bu regionda insanların sevdiyi idman növünün yaşaması üçün üzərlərinə düşən öhdəlikləri yerinə yetirməyə çalışsınlar. Etiraz aksiyası oyunçularımızın şəxsi fikirləri idi və qarşılaşmadan öncə klub rəhbərliyinə belə bir hərəkət edəcəklərini bildirmişdilər. Biz isə onların bu fikirlərini dəstəkləmişik. "Simurq" Peşəkar İdman Klubu olaraq futbolçularımıza, işçilərimizə və məşqçi heyətinə hər şeyə görə çox sağ olun deyirik. Azarkeşlərimizə hər an yanımızda olduqlarına görə təşəkkür edirik. İdman mediasınada minnətdarıq ki, Zaqatalada futbolun yaşaması üçün lazım olan dəstəyi göstərirlər".
O da bildirilir ki, hazırda klub rəhbərliyi Zaqatala şəhərini təmsil edən "Simurq"un yaşaması üçün lazımı şəxslərlə danışıqları davam etdirir. Klub prezidenti Anar Bəkirov artıq AFFA-nın baş katibi Elxan Məmmədovla görüş keçirib. Məmmədov bildirib ki, futbol qrumu olaraq "Simurq"un yaşaması üçün lazımı dəstək göstəriləcək və növbəti mövsümdə Zaqatala təmsilçisi maliyyə cəhətdən heç bir çətinlik çəkməyəcək: "İnanırıq ki, bu, söz olaraq qalmayacaq və "Simurq" növbəti mövsümdə də yaşayacaq, Şəki-Qax-Zaqatala-Balakən bölgəsinin Premyer Liqada yeganə təmsilçisi olaraq çempionatın ən iddialı komandası olacaq, azarkeşlərinə qələbələrlə bol anlar yaşatmaqda davam edəcək".