13 yaşadək futbolçular arasında Azərbaycan çempionatına yekun vurulub. Sportnet.az-ın məlumatına görə, həlledici matçda "Xəzər Lənkəran"ı 3:1 hesabı ilə yenən "Neftçi” qızıl medal qazanıb.
Baş məşqçi Eldəniz Məmmədovun komandasından qolları Ziya Məmmədli, Nihat Fərəcli və Musa Qurbanlı vurub. Final oyunu başa çatdıqdan sonra mükafatlandırma mərasimi keçirilib. Mükafatları "Neftçi”nin Müşahidə Şurasının üzvü Mübariz Zeynalov, klubun idman direktoru Vəli Qasımov, AFFA-nın İcraiyyə Komitəsinin üzvü Vaqif Sadıqov, texniki direktor Bernhard Lippert, futbol veteranı Rüstəm Rəhimov təqdim edib.
"Neftçi”nin üzvü Ziya Məmmədli liqanın ən yaxşı futbolçusu seçilib. "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanovun oğlu Musa Qurbanlı isə 41 qolla liqanın ən yaxşı bombardiri olub.