Türkiyənin əfsanəvi futbolçusu və "Bakı" klubunun sabiq baş məşqçisi Bülent Korkmaz Azərbaycana başsağlığı verib. Bunu Sportnet.az-a klubun icraçı direktoru Yaşar Seyidov açıqlayıb.
Y.Seyidov deyib ki, "Böyük kapitan" ona telefon açaraq, Bakıdakı yanğında dünyasını dəyişənlərin ailələrinin dərdinə şərik olduğunu bildirib və dərin hüznlə başsağlığı verib.
B.Korkmaz onu da bildirib ki, vəfat edənlər arasında Azərbaycan millisinin sabiq futbolçusu Emin Quliyevin yaxın qohumlarının da olmasından xəbərdardır. O, futbolçu karyerasının ilk illərində "Bakı"nın sələfi "Dinamo"da çıxış etmiş Quliyevə də səbr diləyib.
1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |