Azərbaycan Bakı - Xankəndi veloyürüşündə milli komanda ilə təmsil olunacaq.
Sportnet.az-ın məlumatına görə, bu barədə Azərbaycan Velosiped İdmanı Federasiyasının I vitse-prezidenti Sahib Ələkbərov mətbuat konfransında açıqlama verib.
O bildirib ki, yeni komanda yaratmaq üçün mütəxəssislər, Vladimir Buşanski kimi qazaxıstanlı məşqçi cəlb olunub. Daha 2 mütəxəssis də cəlb etmək fikrindəyik. Biri italiyalıdır, digəri isə vaxtilə Azərbaycanda çıxış etmiş Yelena Pavlukinadır. Düşünürəm ki, yaxın 2 il ərzində çox yaxşı komanda yarada biləcəyik. Bu istiqamətdə 13-15 yaşlı uşaqlarla işləyirik.
Ələkbərov tezliklə Velosiped Akademiyası yaratmaq niyyətində olduqlarını da dilə gətirib: 15 bölgədə velosiped bölgələrimiz yaradılıb. Elm və təhsil naziri Emin Əmrullayev bu məsələdə bizə yaxlndan kömək edib".
Qeyd edək ki, vaxtilə Tour dAzerbaidjan veloyürüşündə Azəebaycanı "Synerji Baku" komandası təmsil edib.




















































































