Azərbaycan cüdoçusu Hidayət Heydərov Gürcüstanın paytaxtı Tbilisidə keçirilən dünya çempionatında final görüşünə çıxıb.
Sportnet.az-ın məlumatına görə, rəqib yerli idmançı, olimpiya, ikiqat dünya və dördqat Avropa çempionu Laşa Şavdatuaşvili olub.
Rəqibinə qızıl xal bölümündə üçüncü cərimə xalı ilə uduzan Heydərov gümüş medal qazanıb.
Beləliklə, Azərbaycan millisinin Avropa çempionatındakı medal sayı 3-ə yüksəlib. İlk yarış günündə Əhməd Yusifov (60 kq) və Turan Bayramov (66 kq) bürünc medal qazanıb.















































































