Albaniyanın paytaxtı Tiranada keçirilən Avropa çempionatında Azərbaycan sərbəst güləşçisi Giorgi Meşvildişvili final görüşünə çıxıb.
Sportnet.az xəbər verir ki, 125 kq çəki dərəcəsində yer alan Meşvildişvili finalda macarıstanlı Vladislav Baytsayevlə üz-üzə gəlib.
Qarşılaşmadan 6:0 hesablı qələbə ilə ayrılan Azərbaycan təmsilçisi qızıl medal qazanıb.
Beləliklə, Azərbaycan sərbəst güləş millisi Avropa çempionatını 3 qızıl, 2 gümüş, 1 bürünc medalla başa vurub. Daha əvvəl İslam Bazarqanov (57 kq) və Ali Tsokayev (92 kq) qızıl, Turan Bayramov (74 kq) və Arseni Cioyev (86 kq) gümüş, Cəbrayıl Hacıyev (79 kq) bürünc medal qazanıb.
-------------------------
Albaniyanın paytaxtı Tiranada keçirilən Avropa çempionatında Azərbaycan sərbəst güləşçisi Ali Tsokayev final görüşünə çıxıb.
Sportnet.az xəbər verir ki, 92 kq çəki dərəcəsində rəqib bolqarıstanlı Ahmed Batayev olub.
Qarşılaşmadan 4:3 hesablı qələbə ilə ayrılan Tsokayev Azərbaycana növbəti qızıl medalı qazandırıb.
Qeyd edək ki, daha əvvəl İslam Bazarqanov (57 kq) Avropa çempionu olub.
----------------------------------
Albaniyanın paytaxtı Tiranada keçirilən Avropa çempionatında Azərbaycan sərbəst güləşçisi Arseni Cioyev final görüşünə çıxıb.
Sportnet.az xəbər verir ki, 86 kq çəki dərəcəsində rəqib Dünya Güləş Birliyini təmsil edən rusiyalı İbrahim Kadiyev olub.
Görüş 1:1 hesablı heç-heçə ilə bitsə də, sonuncu xal prinsipinə əsasən, Kadiyev qalib elan olunub. Azərbaycan yığmasının məşqçilərinin etirazı da qəbul olunmayıb və nəticədə Cioyev 1:2 hesabı ilə uduzaraq, gümüş medalla kifayətlənib.
Qeyd edək ki, bu gün daha əvvəl Turan Bayramov (74 kq) finalda slovakiyalı Taymuraz Salkazanova (Slovakiya) 2:4 hesabı ilə məğlub olaraq, gümüş medal qazanıb.
Nurəddin Novruzov (74 kq) isə Simyone Pirodduya (İtaliya) 8:11 hesabı ilə uduzaraq, 5-ci yerlə kifayətlənib.















































































