1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Elmar Qasımov "Rio-2016"nın gümüş medalçısı oldu - YENİLƏNDİ
Azərbaycanı 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında təmsil edən cüdoçu Elmar Qasımov final görüşünə çıxıb. Sportnet.az-ın məlumatına görə, 100 kq çəki dərəcəsində çıxış edən 26 yaşlı idmançının rəqibi çexiyalı Lukas Krpalek olub.
Görüş Krpalekin qələbəsi ilə yekunlaşıb. Bərabər səviyyədə keçən görüşün sonlarında Qasımov fənd tətbiq etmək istərkən, özü əks-fəndlə ippona düşüb və məğlubiyyətə uğrayıb.
Bununla da Azərbaycan cüdoçusu 2009-cu ildə Ermənistanın paytaxtı İrəvanda 23 yaşadək cüdoçular arasında Avropa çempionatının finalında yendiyi rəqibinə uduzaraq, gümüş medalla kifayətlənib.
Bu, Azərbaycanın "Rio-2016"da ikinci medalı olub. Daha öncə Rüstəm Orucov (73 kq) da gümüş medala sahib olub.
---------
Azərbaycanı 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında təmsil edən Elmar Qasımov finala yüksəlib. Sportnet.az-ın məlumatına görə, 26 yaşlı idmançı yarımfinalda ukraynalı Artyom Bloşenkonu məğlubiyyətə uğradıb.
Görüşün əvvəlində Bloşenkoya xəbərdarlıq edib. 2 dəqiqə 37 saniyənin tamamında isə Qasımov rəqibini ipponla məğlubiyyətə uğradıb.
Bununla da Azərbaycan "Rio-2016"da ikinci medalı aktivinə yazıb. Bu da cüdoda olub. İlk medalı qazanan Rüstəm Orucov (75 kq) gümüş mükafatçı olub.
Qeyd edək ki, finalda Elmar Qasımovun rəqibi Siril Mareni (Fransa) məğlub edən Lukas Krpalek (Çexiya) olub.
-------------
Elmar Qasımov 1/4 final görüşünə çıxıb. Sportnet.az-ın məlumatına görə, rəqib misirli Ramadan Darviş olub. Görüş cəmi 58 saniyə davam edib. Qasımov ipponla qələbə qazanaraq, yarımnfinala yüksəlib.
- See more at: http://sportnet.az/bash-xeber/21456-cudochumuz-qelebe-qazandi.html#sthash.Dh0Gz0S4.dpufGörüş cəmi 58 saniyə davam edib. Qasımov ipponla qələbə qazanaraq, yarımnfinala yüksəlib.
Finala gedən yolda onun rəqibi ukraynalı Artyom Bloşenko olub.
-------------------
Azərbaycanı 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında təmsil edən cüdoçu Elmar Qasımov 1/8 final görüşünə çıxıb. Sportnet.az-ın məlumatına görə, rəqib əlcəzairli Layeş Buyakub olub.
Görüşün əvvəllərində hakim Buyakuba passiv mübarizə aparması səbəbindən iki dəfə xəbərdarlıq edib. Görüşü xilas etmək istəyilə irəli atılan əlcəzairli cüdoçu vazari fəndi ilə üzləşib. Sonradan o, eyni fəndi özü tətbiq etsə də, Qasımov cərimə xallarının çoxluğu hesabına 1/4 finala yüksəlib.
Qeyd edək ki, Azərbaycan cüdoçusunun növbəti rəqibi Ramadan Darviş (Misir) olacaq.
-------------------------
17:28. Azərbaycan cüdoçusu Elmar Qasımov Rio-de-Janyeroda keçirilən XXXI Yay Olimpiya Oyunlarına qələbə ilə start verib. Sportnet.az-ın məlumatına görə, 100 kq çəkidə E.Qasımovun ilk rəqibi rusiyalı Taqir Xaybullayev olub.
İdmançımız Avropa (2009), dünya (2011) və olimpiya çempionuna (2012) vaza-ari və yuko ilə qalib gəlib. Bundan başqa Qasımov bir, Xaybullayev isə iki cərimə xalı "qazanıb".
Azərbaycanlı cüdoçunun 1/8 finaldakı rəqibi Layeş Buyakub (Əlcəzair) olacaq.