1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Azərbaycanın 9-cu medalı rəsmiləşdi - YENİLƏNDİ
Azərbaycan boksçusu Kamran Şahsuvarlı olimpiadada bürünc medal qazanıb
Azərbaycanı 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında təmsil edən boksçu Kamran Şahsuvarlı yarımfinal döyüşünə çıxıb.
Sportnet.az-ın məlumatına görə, rəqib kubalı dünya çempionu Arlen Lopes olub.
Görüş Lopesin üstünlüyü şəraitində keçib. Bunun nəticəsində o, hər 3 raundu qələbə ilə başa vurub.
Beləliklə, Şahsuvarlı Azərbaycanın "Rio-2016"da 9-cu medalını rəsmiləşdirib. Bunadək cüdoçu Rüstəm Orucovla (73 kq) Elmar Qasımov (100 kq), qadın güləşçi Mariya Stadnik (48 kq) və kanoeçi Valentin Demyanenko (1 nəfərlik qayıqla 200 metr məsafəyə yürüş) gümüş, yunan-Roma güləşçiləri Rəsul Çunayevlə (66 kq) Sabah Şəriəti (130 kq), eləcə də kayakçı İnna Osipenko-Radomskaya (1 nəfərlik qayıqla 200 metr məsafəyə yürüşdə) və taekvondoçu Patimat Abakarova (49 kq) bürünc medal qazanıb.
----------------------
Şahsuvarlının final uğrunda döyüşü
Azərbaycanın bokçusu Kamran Şahsuşarlı "Rio-2016" Yay OLimpiya Oyunlarında bu gün yarımfinal görüşünü keçirəcək. Sportnet.az-ıən məlumatına görə, "Qəbələ" İdman Klubunun 75 kq çəki dərəcəsində çıxış edən təmsilçisi kubalı Arlen Lopeslə üz-üzə gələcək.
Lopes 2015-ci il dünya çempionatı və Panamerika Oyunlarının qalibi olub. Şahsuvarlı isə gözlənilmədən finalın bir addımlığına çataraq, ən azı bürünc medalı təmin edib.