1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
"London-2012"dəki nəticəmizi təkrarladıq...
Azərbaycan olimpiya yığması "London-2012"də nəticəsini təkrarlayıb. Sportnet.az-ın məlumatına görə, bu, kayakçı Valentin Demyanenkonun "Rio-2016" Yay Olimpiya Oyunlarında 1 nəfərlik qayıqla (C-1) 200 metr məsafəyə yürüşdə gümüş medal qazanması ilə reallaşıb.
Nəticədə ölkəmiz Braziliyadakı yarışda İngiltərə paytaxtında olduğu kimi, artıq 10 medal sayına malikdir. Bu isə Olimpiya tarixində ən yüksək göstəricimizdir.
"Rio-2016"da mükafatçılarımız cüdoda Rüstəm Orucovla (73 kq, gümüş) Elmar Qasımov (100 kq, gümüş), güləşdə - yunan-Roma növündə Rəsul Çunayevlə (66 kq, bürünc) Sabah Şəriəti (130 kq, bürünc) və sərbəstdə Mariya Stadniklə (48 kq, gümüş), kayakda İnna Osipenko-Radomskaya (1 nəfərlik qayıqla 200 metr məsafəyə yürüşdə, bürümc), taekvondoşu Patimat Abakarovadır (49 kq, bürünc). Boksçular Kamran Şshsuvarlı ilə Lorenzo Sotomayor yarımfinala çıxmaqla ən azı bürünc medalı özlərinə təmin ediblər. Sadəcə, onların medallarının əyarı yarışın sonunda bilinəcək və onda ölkəmizin aktivinə mükafat yazılacaq.
"London-2012" ilə müqayisədə əsas fərq qızıl medalın olmamağıdır. Azərbaycan həmin olimpiadada 2 qızıl, 2 gümüş, 6 bürünc medal qazanmışdı. Bu dəfə isə hesabımıza yazılan 8 medaldan yarısı gümüş, yarısı bürüncdür. Düzdür, onu da nəzərə alaq ki, 4 il öncəki olimpiadada da sona az qalmış çempionumuz yox idi və 1 gündə 2-si birdən oldu. Onlar sərbəst güləşçilərimiz Toğrul Əsgərovla Şərif Şərifovdur ki, "Ri-2016" hələ ki mübarizəyə başlamayıblar.
Qeyd edək ki, Azərbaycan kayaq növündə ilk medalını məhz "Rio-2016"da qazanıb.
Mehman Süleymanov