Azərbaycanı 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında təmsil edən Radik İsayev qızıl medal qazanıb.
Sportnet.az-ın məlumatına görə, 80 kq-dan yuxarı çəkidə çıxış edən İsayev finalda nigerli Abdurazak İssufu Alfaqanı yenib.
Görüşü yüksək səviyyədə keçirən dünya və Avropa çempionu 6:2 hesablı qələbə qazanaraq, Azərbaycanın aktivinə "Rio-2016"da ilk qızıl medalı yazdırıb.
Bununla da ölkəmiz 1 qızıl, 4 gümüş və 10 bürünc medalla 39-cu pilləyə yüksəlib.
------------------------------------------
Azərbaycanı 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında təmsil edən taekvondoçu Radik İsayev yarımfinal görüşünə çıxıb.
Sportnet.az-ın məlumatına görə, 80 kq-dan yuxarı çəki dərəcəsində çıxış edən dünya və Avropa çempionunun rəqibi böyük britaniyalı Mahama Ço olub.
İlk raundda tərəflərdən heç biri xal qazana bilməyib. İkinci hissədə Ço 1 xal almağı bacarıb. Üçüncü hissədə isə İsayev hesabı bərabərləşdirdikdən sonra daha 3 xal alsa da, hakimlər rəqib məşqçinin etirazından sonra həmin xalları siliblər. Bununla belə, Azərbaycan taekvondoçusu sona doğru daha 2 xal alaraq, 3:1 hesablı qələbə sayəsində finala yüksəlib.
Qeyd edək ki, həlledici qarşılaşmada Radik İsayevin rəqibi Abdulrazak İssufu Alfaqa (Niger) olacaq.
--------------------------------------
Azərbaycanı 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında təmsil edən taekvondoçu Radik İsayev 1/4 final görüşünə çıxıb.
Sportnet.az-ın məlumatına görə, 80 kq-dan yuxarı çəki dərəcəsində çıxış edən dünya və Avropa çempionunun rəqibi cənubi koreyalı Donqmin Ça olub.
2008-ci ilin olimpiya çempionu ilə ilk raund İsayevin məğlubiyyəti ilə yekunlaşıb - 1:2. İkinci raundda tərəflər hərəyə 2 xal qazanıblar. Amma sonuncu raundda Azərbaycan təmsilçisi görüşü xeyrinə çevirərək, 12:8 hesablı qələbə qazanıb və daha bir mərhələ adlayıb.
Qeyd edək ki, yarımfinalda Radik İsayevin rəqibi Mahama Ço (Böyük Britaniya) olacaq.
-------------------------------
2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında bu gün Azərbaycanın son taekvondoçusu dayanq üzərinə çıxıb.
Sportnet.az-ın məlumatına görə, bu, dünya, Avropa çempionu, eləcə də "Bakı-2015"in qalibi Radik İsayevdir.
80 kq-dan yuxarı çəkidə yer alan 27 yaşlı idmançı mübarizəyə 1/8 final mərhələsindən başlayıb. O, Bakı vaxtı ilə aat 19:45-də qazaxıstanlı Ruslan Japarovla görüşə çıxıb. Qarşılaşma İsayevin inamlı qələbəsi ilə nəticələnib - 11:2.
Taekvondoçumuz 1/4 finalda rəqibi Dongmin Ça (Cənubi Koreya) olub. Qarşılaşma 23:45-də başlayacaq.
Qeyd edək ki, digər taekvondoçularımızdan Patimat Abakarova (49 kq) və Milad Beigi Harçeqani (80 kq) bürünc medal qazanıb. Fəridə Əzizova (67 kq) isə 5-ci yeri tutub.
-------------------------------------------------
2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında bu gün Azərbaycanın son taekvondoçusu dayanq üzərinə çıxacaq. Sportnet.az-ın məlumatına görə, bu, dünya, Avropa çempionu, eləcə də "Bakı-2015"in qalibi Radik İsayevdir.
80 kq-dan yuxarə çəkidə yer alan 27 yaşlı idmançı mübarizəyə 1/8 final mərhələsindən başlayacaq. O, Bakı vaxtı ilə aat 19:45-də qazaxıstanlı Ruslan Japarovla görüşə çıxacaq.
Qeyd edək ki, digər taekvondoçularımızdan Patimat Abakarova (49 kq) və Milad Beigi Harçeqani (80 kq) bürünc medal qazanıb. Fəridə Əzizova (67 kq) isə 5-ci yeri tutub.