1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
İlk dəfə olimpiya çempionumuz azərbaycanlı olmadı...
Azərbaycan Yay Olimpiya Oyunlarında yeni rekorda imza ata bilməyib. Sportnet.az-ın məluamtına görə, ölkəmizin "Rio-2016" Yay Olimpiya Oyunlarının son günündə 3 və ümumilikdə 4 çempionu ola bilərdi. Ancaq bu gün finala çıxan sərbəst güləşçilərimiz Toğrul Əsgərovla Xetaq Qazyumov və boksçu Lorzano Sotomayor yekunda uduzaraq gümüş medalla kifayətlənməli olublar.
Nəticədə Azərbaycanın bu olimpidada cəmi 1 çempionu olub. Bu da 80 kq çəkidən yuxarıda çıxış edən taekvondoçu Radik İsayevdir. Azərbaycanın müstəqil ölkə kimi qatıldığı Yay Olimpiya Oyunlarında "Sidney-2000" və London-2012"da 2 çempionu olub. "Afina-2004" və "Pekin-2008"də də 1 Olimpiya qızılan sahib olduq. Ölkəmiz üçün debüt olan "Atlanta-1996"da isə cəmi 1 Olimpiya mükafatçısı olub ki, bu da gümüş medal qazanan sərbəst güləşçi Namiq Abdullayevdir.
Radik İsayevin əslən Rusiyadan, Dağıstandan olduğunu və milliləşən legioner kimi cəlb edildiyiniz nəzəra alsaq, ilk dəfə azərbaycanlı Olimpiya çempionu olmayıb. Bunadək qaliblərimizdən Namiq Abdullayev, Zemfira Meftahətdinova, Fərid Mansurov, Elnur Məmmədli və Toğrul Əsgərov yerli idmançı olublar. Yalnız "London-2012"nin qalibi olan Şərif Şərifov legioner olub. O da İsayevin həmyerlisidir, Rusiyanın Dağıstan Muxtar Respublikasından cəlb olunub.
Bugünkü finalıçılarımızdan yalnız Əsgərov azərbaycanlıdır. Milliyətcə osetin olan Qazyumov da Rusiyadan dəvət olunub. Sotomayor isə əslən Kubadandır.
Qeyd edək ki. 1992-ci ildə Barselonada MDB yığmasının heyətində Olimpiya çempionu cüdoçu Nazim Hüseynov də azərbaycanlı idmançıdır.
Mehman Süleymanov