1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Paralimpiyaçılarımızdan biri finalda, digəri bürünc uğrunda yarışacaq
Azərbaycan bu gün başlayan Yay Paralimpiya Oyunlarında uğurıla start götürüb. Sportnet.az-ın məlumatına görə, ilk iştirakçımız olan cüdoçu Ramin İbrahimov mübarizəyə təmiz qələbə ilə başlayıb.
60 kq çəkidə çıxış edən təcrübəli idmançımız ilk rəqibi olan argentinalı Eduardo Qautoya ipponla qalib gəlib. Onun 1/4 finalda rəqibi qazaxıstanlı Anuar Sarıyev olub. Bu dəfə də qələbə qazanan İbrahimov yarımfinalda özbək Şerzod Namozovla qarşılaşıb. Qarşılaşmanı uduzan Ramil finaldan kənarda qalıb və bürünc medal uğrunda yarışacaq.
66 kq çəkidə çıxış edən cüdoçumuz Bayram Mustafayev mübarizəyə birbaşa 1/4 finaldan başlayıb və braziliyalı Xalison Oliveyranı məğlub edib. Onun yarımfinalda rəqibi isə yapon Satoşi Fucimoto olub. Bu dəfə də qələbə qazanan Mustafayev finalda özbək Utkirjon Niqmatovla üzləşəcək.
Xatırladaq ki, İbrahimov "Pekin-2008"də bürünc, "London-2012"də qızıl medal qazanıb.