
Bu gün İntizam Komitəsinin iclası keçirilib. Sportnet.az-ın PFL-in rəsmi saytına istinadən məlumatına görə, Topaz Premyer Liqasının ilk turunda keçirilən 4 matçında baş vermiş hadisələrlə bağlı qərarlar qəbul olunub.
9 avqust 2014-cü il, 2014/2015 mövsümündə, XXIII Topaz Premyer Liqasının I turunun AZAL – "Xəzər Lənkəran” matçının 59-cu dəqiqəsində AZAL klubunun 13 №-li futbolçusu Şəhriyar Rəhimov idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır, klub 200 manat cərimə olunur (maddə 48).
10 avqust 2014-cü il, 2014/2015 mövsümündə, XXIII Topaz Premyer Liqasının I turunun "Sumqayıt” – "Qarabağ” matçın 50-ci dəqiqəsində "Sumqayıt” klubunun azarkeşləri tərəfindən pirotexniki vasitələrdən istifadə edildiyi üçün klub 1000 manat cərimə olunur (maddə 52).
Oyunun 59-cu dəqiqəsində "Qarabağ” klubu əvəzetmə zamanı limiti pozduğuna görə kluba 0:3 hesablı texniki məğlubiyyət verilir. Matçda göstərilmiş sarı vərəqələr qüvvədə qalır. Vurulmuş qollar ləğv edilir (maddə 98).
9 avqust 2014-cü il, 2014/2015 mövsümündə, XXIII Topaz Premyer Liqasında çıxış edən klubların əvəzedici heyətlərinin I turunun "İnter” – "Qəbələ” matçında "Qəbələ” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandıldığı üçün klub 500 manat cərimə olunur (maddə 40).
Oyunun 54-cü dəqiqəsində "İnter” klubunun 45 №-li futbolçusu İlkin Sadıqov idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır, klub 100 manat cərimə olunur (maddə 48).
9 avqust 2014-cü il, 2014/2015 mövsümündə, XXIII Topaz Premyer Liqasında çıxış edən klubların əvəzedici heyətlərinin I turunun "Sumqayıt” – "Qarabağ” matçında "Sumqayıt” klubunun 6 futbolçusu sarı vərəqə ilə cəzalandıldığı üçün klub 500 manat cərimə olunur (maddə 40).