1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Rövnəq Abdullayev: "Bu, cüdonun inkişafına böyük təkan verəcək"
"Beynəlxalq Cüdo Federasiyasına (İJF) bu cür tədbiri Bakıda keçirdiyi üçün minnətdarıq. Bu bütün dünyanı əhatə edən bir tədbirdir". Sportnet.az-ın məlumatına görə, bu sözləri jurnalistlərə açıqlamasında Azərbaycan Cüdo Federasiyasının prezidenti Rövnəq Abdullayev deyib.
Bakıda İJF tərəfindən keçirilən məşqçi və hakimlərin beynəlxalq seminarına qatılan R.Abdullayev bu cür amillərin Azərbaycanda cüdonun inkişafına təkan verdiyini bildirib: "Çalışacağıq ki, qonaqlara Azərbaycanın və ölkədə cüdonun inkişafını göstərək. Çox şadıq ki, cüdonun inkişafında dəyişiklik Azərbycanda baş verdi. Bu da bizim üçün böyük şərəfdir. Bu cüdonun inkişafına təkan verir. Ölkədə 10 minlərlər insan cüdo ilə məşğul olur. Bu da idman növünün populyarlaşdığını göstərir. Artıq 3 çəkidə dünya birinciləri azərbaycanlılardır. Bu da bizə şərəf verir. İnanıram ki, biz birlikdə güclü olacağıq və əl-ələ verib daha da irəli gedəcəyik".
ACF prezidenti 2018-ci ildə Bakıda keçiriləcək dünya çempionatından da danışıb: "İJF qərar qəbul edib və detallar hazırlanır. 2018-ci ildə cüdo üzrə dünya çempionatı bakıda keçiriləcək. Bu da Azərbaycanda cüdonun inkişafına böyük təkan verəcək. Bu səbəbdən onlara təşəkkür edirəm".