
"Qarabağ” klubu Topaz Premyer Liqasının III turunda "Araz Naxçıvan”la avqustun 24-də keçirəcəyi səfər matçının təxirə salınması istəyir. Sportnet.az-ın məlumatına görə, bu barədə jurnalistlərə Ağdam komandasının baş məşqçisi Qurban Qurbanov açıqlama verib.
O bildirib ki, bütün diqqətlərini Hollandiya "Tvente”si ilə Avropa Liqasının pley-off mərhələsinin cavab görüşünə yönəltmək niyyətindədirlər: "İstərdim ki, "Araz Naxçıvan”la oyunumuz təxirə salınsın və tam olaraq "Tvente” ilə səfər matçına hazırlaşaq”.
Qeyd edək ki, məhz avrokubok matçlarına daha yaxşı hazırlaşması üçün daha öncə "Qarabağ”ın "Neftçi” ilə Superkubok matçı təxirə salınıb. Peşəkar Futbol Liqası bir neçə gün öncə Ağdam komandasının "Araz Naxçıvan"la görüşünü avqustun 23-dən 24-ə keçirib.