Azərbaycan cüdoçusu Nicat Şıxəlizadə Birləşmiş Ərəb Əmirliklərinin Əbu-Dabi şəhərində start götürən "Böyük Dəbilqə" turnirində günüş medal qazanıb.
Sportnet.az-ın məlumatına görə, 29 yaşlı idmançı buna 66 kq çəki dərəcəsində nail olub.
Mübarizəyə 1/16 final mərhələsindən başlayan Şıxəlizadə ilk görüşündə honq-konqlu Yuk Tinq Lini 24 saniyəyə yenib. Ardından o, moldovalı Denis Vieru, gürcüstanlı Vaja Marqvelaşvili və rusiyalı Abdula Abduljalilovu üstələyib. Həlledici görüşdə təcrübəli cüdoçu Tal Flikker (İJF) ilə üz-üzə gəlib. 3 dəqiqə 35 saniyə çəkən görüşdə Flikker ipponla qalib gəlib.
Bu gün Azərbaycanın daha 4 cüdoçusu tatami üzərinə çıxıb. Vüqar Şirinli (60 kq) 1/16 finalda honq-konqlu Martin Launu yensə də, növbəti görüşündə özbəkistanlı Şarafuddin Lutfullayevə, İlkin Babazadə (66 kq) startdaca monqolustanlı Tumurxuleq Davadorja, Aişə Qurbanlı (48 kq) macarıstanlı Eva Çernoviçkiyə, Nəzakət Əzizova (57 kq) isə böyük britaniyalı Nekoda Smit-Devisə yenilərək, mübarizəni dayandırıb.