1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Qran Pridə 3 qızıl, 1 bürünc medal - YENİLƏNDİ
Özbəkistanın paytaxtı Daşkənddə keçirilən Qran Pridə Azərbaycan yığması 4 medal qazanıb. Sportnet.az-ın məlumatına görə, yarışın sonuncu günündə 3 qızıl medal əldə olunub.
Kişilərin yarışında 90 kq çəki dərəcəsində Məmmədəli Mehdiyev finalda almaniyalı Kristian Totla döyüşməli olsa da, rəqibi görüşə çıxmadığı üçün qalib elan edilib.
100 kq çəkidəki Elmar Qasımov həlledici görüşdə fransalı Aleksandr İddiri ipponla yenib.
Qadınların mübarizəsində isə İrina Kindzerska 78 kq-dan yuxarı çəki dərəcəsində almaniyalı Karolin Vayssı ipponla üstələyib.
İlk yarış günündə Nicat Şıxəlizadə 66 kq çəki dərəcəsində bürünc medal qazanıb.
Beləliklə, Azərbaycan yığması Qran Prini 3 qızıl, 1 bürünc medalla başa vurub. Aişə Qurbanlı isə qadınlar arasında 48 kq çəkidə 7-ci yeri tutub.
--------------------
Özbəkistanın paytaxtı Daşkənddə keçirilən Qran Pridə Azərbaycanın 3 cüdoçusu finala yüksəlib. Sportnet.az-ın məlumatına görə, bu, yarışın son günündə ağır çəkili tatami ustalarının mübarizəsində baş verib.
Kişilərin yarışında 90 kq çəki dərəcəsində Məmmədəli Mehdiyev ardıcıl olaraq, özbəkistanlı Şaxzodbek Sabirovu, Eduard Trippeli və Ruslan Vorobyovu üstələyib. Həlledici qarşılaşmada onun rəqibi almaniyalı Kristian Tot olacaq.
100 kq çəkidəki Elmar Qasımov macarıstanlı Zalan Ohat, monteneqrolu Danilo Pantiç və isveçli Yoakim Dvarbini məğlubiyyətə uğradıb. O, qızıl medal uğrunda görüşdə fransalı Aleksandr İddiri sınağa çəkəcək.
Qadınların mübarizəsində isə İrina Kindzerska ispaniyalı Sara Alvares, rusiyalı Kseniya Çibişova və ukraynalı Yelizaveta Kalaninanı üstələdikdən sonra finalda almaniyalı Karolin Vayssa rəqib olub.
Qeyd edək ki, daha əvvəl Nicat Şıxəlizadə 66 kq çəki dərəcəsində bürünc medal qazanıb. Aişə Qurbanlı isə qadınlar arasında 48 kq çəkidə 7-ci yeri tutub.