
Braziliya məhkəməsi FİFA-nı DÇ-2014-ün bütün oyunlarında hər yarım saatdan bir fasilə verməyə məcbur edən qərar çıxarıb. Sportnet.az-ın "Reuters"ə istinadən məlumatına görə, fasilə temperatur 32 dərəcəni keçdiyi təqdirdə baş verəcək.
Hakim Rojerio Neyva Pinyeyru qətnamənin həyata keçirilmədiyi hər qarşılaşmaya görə FİFA-ya 90 min dollar cərimə kəsiləcəyini bildirib. İddia futbolçuların adından müstəqil dövlət ittihamçıları tərəfindən irəli sürülüb. Məmurlar Braziliyanın əmək məcəlləsində 32 dərəcədən yüksək hərarət olduğu halda, fasilə etməklə bağlı maddəni üzə çıxararaq, rəhbər tutblar.
Məsələ ilə bağlı FİFA nümayəndəsi Deliyu Fişer də rəsmi mövqe bildirib: "İndiyədək heç bir oyunda havanın hərarəti 32 dərəcəni aşmayıb. Məhkəmə sadəcə, bizim qərarla bağlı qətnamə qəbul edib. Biz onsuz da buna riayət edirik".