
Azərbaycan milli komandasının Avropa çempionatı-2016-nın seçmə qrup mərhələsindəki rəqibi İtaliya yığmasının yeni baş məşqçisi Luçano Spaletti ola bilər. Sportnet.az-ın "La Gazetta Della Sport"a istinadən məlumatına görə, Spalettinin bu posta təyin edilmə ehtimalı yüksək qiymətləndirilir.
Yeganə maneə kimi italiyalı mütəxəssisin həddən artıq məvacib tələb etməsi göstərilir.
Qeyd edək ki, DÇ-2014-də qrup mərhələsini adlaya bilməyən İtaliya yığmasının baş məşqçi postu Çezare Prandellinin istefasından sonra vakant qalıb.