
Qana millisinin yarımmüdafiəçiləri Kevin-Prins Boatenq və Salli Muntari DÇ-2014-ün son qrup matçı Portuqaliya yığması ilə görüş öncəsi komandadan kənarlaşdırılıblar. Sportnet.az-ın "Bild"ə istinadən məlumatına görə, yığmanın baş məşqçisi Ceyms Kvesi Appia hər iki futbolçunun intizam qaydalarına riayət etmədiklərinə görə cəzalandırdığını təsdiq edib.
Portuqaliya ilə oyunu onsuz da diskvalifikasiya səbəbindən buraxmalı olan Muntari Qana millisinin idarəetmə komitəsinin üzvü Mozes Arma Parkeri vurduğuna görə cəzaya məruz qalıb.
Boatenq isə baş məşqçi Appianın qərarları, müəyyənləşdirdiyi start heyətlə razılaşmadığı üçün millidən kənarlaşdırılıb.