
Navas tibbi müayinədən keçdikdən sonra avqustun 5-də "Santyaqo Bernabeu" stadionunda təqdim olunacaq. "Marca" nəşri bu keçid üçün "Real Madrid"in "Levante"yə 10 milyon avro ödəyəcəyini yazıb.
Qeyd edək ki, Keylor Navas ötən mövsüm "Levante"nin heyətində çıxdığı 37 oyunun 17-də qapısını toxunulmaz saxlayıb və cəmi 39 top buraxıb. DÇ-2014-də isə o, Kosta Rika millisinin heyətində 1/4 finaladək irəliləyib. Navas 5 matçda cəmi 2 top buraxıb, komandası isə 1/4 finalda Hollandiyaya penaltilər seriyasında uduzub.